Əsas məzmuna keç

Suraxanıda quldurluq edən 2 şəxs saxlanılıb

Suraxanıda quldurluq edən 2 şəxs saxlanılıb

Suraxanı rayonu ərazisində iki hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişin qismində şəxsin onu kəsici alətlə hədələdiyini və 48 manatını taladığını bildirib. Həmçinin, rayon ərazisində daha bir şəxs mağazalardan birinə daxil olaraq orada satıcını kəsici alətlə hədələyib və 150 manat pul vəsaitini quldurluq yolu ilə talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 26 yaşlı K. və 32 yaşlı E.İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…