Operativ Məlumat Mərkəzi

Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə olunub

2 dəq
Paylaş:
Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə olunub

şəhəri 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində otaqda baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 20 olan otaqda ev əşyaları 10 kvadratmetr sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.

Yanğın baş vermiş otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax