Operativ Məlumat Mərkəzi

Sumqayıtda qadının 7 min 320 manatını oğurlayan şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Sumqayıtda qadının 7 min 320 manatını oğurlayan şəxslər saxlanılıb

Sumqayıtda ticarət mərkəzlərinin birində qadının gödəkcəsindən 7 min 320 manat , məhkum olunmuş şəxslər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Hadisəni törədən keçmiş məhkumlar Əvəz Cəfərov və Sürəyya Balayeva, eyni zamanda, evlərin birindən 1 200 manat dəyərində təmir alətləri, inşaat materialları da oğurlayıblar.

Bununla yanaşı, şəhərində yanvarın 7-si saat 18 radələrində naməlum şəxsin şəhər sakini olan 63 yaşlı qadına kömək etmək adı altında yaxınlaşaraq ona zor tətbiq edib 30 manat pulunu və mobil telefonunu əlindən alması barədə polisə məlumat daxil olub. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində hadisəni törətmiş 38 yaşlı Abbas Həsənov saxlanılıb.

Araşdırma zamanı onun daha bir nəfərə qarşı dələduzluq edərək mobil telefonunu əlindən alması da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax