Operativ Məlumat Mərkəzi

Sumqayıtda əməliyyat: 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alınıb

1 dəq
Paylaş:
Sumqayıtda əməliyyat: 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alınıb

Sumqayıtda 14 heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum 44 yaşlı Renad Sultanov saxlanılıb. Ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Bu şəxs ifadəsində narkotik vasitələri vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi kamufulyaj edilmiş yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax