Operativ Məlumat Mərkəzi

Sumqayıt Kimya Sənaye Parkından indiyədək 9 milyard manatlıq məhsul satılıb

2 dəq
Paylaş:
Sumqayıt Kimya Sənaye Parkından indiyədək 9 milyard manatlıq məhsul satılıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Kimya Sənaye Parkından indiyə qədər 8,7 milyard məhsul satılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Agentliyə istinadən xəbər verir ki, bunun 3,1 milyard manatlıq hissəsi 60-a yaxın ölkəyə, o cümlədən , Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Çin, Yaponiya, Tayvan, , Belarus, Bolqarıstan, İtaliya, Avstriya, Rumıniya, Polşa, Makedoniya, Niderland, Danimarka, Finlandiya, Litva, Estoniya, Misir, BƏƏ, Livan, İraq, Braziliya, Kanada və ABŞ-a ixrac olunub.

Parkda investisiyalarının ümumi məbləği 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən 20-si fəaliyyətdədir. Bu il daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Rezidentlər 5,3 milyard manatdan çox sərmayə yatırıb, 6 400-dən artıq daimi iş yeri yaradıb. Daha 386 investisiya yatırılması, 2 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu ilin I yarısında Parkda 1,3 milyard manatlıq məhsul istehsal edilib, bunun 446 milyon manatlıq hissəsi ixrac edilib. 6 ay ərzində Parkın qeyri-neft sənayesində xüsusi çəkisi 15,2 %, qeyri-neft sənayesi ixracında isə payı isə 19,6 % olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax