Operativ Məlumat Mərkəzi

Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı görüləcək işlər açıqlanıb

2 dəq
Paylaş:
Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı görüləcək işlər açıqlanıb

Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya” 2024–2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Su Həftəsi çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.


Məlumata görə, 2024–2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün infrastruktur və idarəetmə təkmilləşdiriləcək. Bu çərçivədə su ehtiyatlarının inteqrasiyalı edilməsi, artırılması, və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadəsi, tullantı və yağıntı sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, təsərrüfat obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcəkdir.

2028–2030-cu illəri əhatə edən ikinci mərhələdə əsas istiqamətlər “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosistemi” üzrə Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə həyata keçiriləcəkdir.

2031–2040-cı illəri əhatə edən üçüncü mərhələdə innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ mənbələrdən istifadə edilməklə ölkə əhalisinin və təsərrüfatın keyfiyyətli suya tələbatının ödənilməsi təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax