Operativ Məlumat Mərkəzi

“Star” qəzeti: Türkiyə və Azərbaycanın enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət daşıyır

2 dəq
Paylaş:
“Star” qəzeti: Türkiyə və Azərbaycanın enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət daşıyır

Avqustun 2-dən qazının Türkiyənin Kilis vilayəti vasitəsilə nəqlinə başlanılan Suriyanın Hələb vilayətinin sakinləri Ankara və Bakının Suriyanın bərpasına verdiyi töhfəni alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “STAR” qəzetinin şənbə günü Hələbdə hazırladığı reportajda deyilir.

Nəşr qeyd edir ki, Hələb sakinlərinin sözlərinə görə, ilə Azərbaycan arasında əməkdaşlığı Suriya üçün həyati kəsb edir.

Qəzet Suriyaya qaz nəqlinin müsbət iqtisadi və sosial nəticələrinə diqqət çəkən Hələb sakini Mahmud Hammaşdan sitat gətirir. “Azərbaycan qazı sayəsində biz elektrik enerjisi alacağıq. Biz və çörəyin qiymətlərinin aşağı düşməsinə ümid edirik", -deyə suriyalı bildirib.

Digər Hələb sakini Məhəmməd əl-Abdullah Suriyanın bərpasına töhfə verən bütün ölkələrə təşəkkür edib: "Bizim elektrik enerjisinə ehtiyacımız var. Elektrik enerjisi istehsalı üçün qazın tədarükü Suriya üçün çox yaxşı xəbərdir”.

Reportajda qeyd olunur ki, Azərbaycan qazının Suriyaya tədarükünün başlanması iqtisadiyyatın bir çox sektoru, o cümlədən istehsal üçün təkan olacaq və bu ölkədə gündəlik həyatı yaxşılaşdıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax