Ekvadorda stadiona silahlı hücum olub. "Operativ Məlumat Mərkəzi - OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Guayaquil şəhərində baş verib. Belə ki, bir qrup silahlı şəxsin hücumu nəticəsində 10 nəfərə həlak olub, 5 nəfər yaralanıb. Bölgəyə polis və hərbçilər cəlb olunub.