Operativ Məlumat Mərkəzi

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

2 dəq
Paylaş:
“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

Azərbaycanda ABŞ-ın “SpaceX” şirkətinə məxsus “” peyk xidmətlərindən istifadə etmək istəyənlər bunun üçün öncədən vermək üçün 9 ABŞ dolları (15,3 manat) ödəməli olacaqlar.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə telekommunikasiya bazarındakı mənbəyə istinadən xəbər verir.

“Starlink” ərazisində bu ildən başlayaraq xidmət göstərməyi hədəfləyir. Qurum fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri "birinci gələnə birinci xidmət" prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.

Mayın 9-da Rəqəmsal İnkişaf və Nazirliyi yanında Kosmik Agentliklə ("") "SpaceX" arasında "Starlink"in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov və "Space X”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax