Operativ Məlumat Mərkəzi

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs saxlanılıb

2 dəq
Paylaş:
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri -axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə başlanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N. Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əlavə araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən paylaşması da məlum olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax