Operativ Məlumat Mərkəzi

Son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

2 dəq
Paylaş:
Son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat
Milli Məclisin deputatı Vüqar Bayramov payız sessiyası üzrə növbəti plenar iclasda çıxışı zamanı son illərdə Azərbaycanın iqtisadi inkişafı və Qarabağ...

Milli Məclisin deputatı Vüqar payız sessiyası üzrə növbəti plenar iclasda çıxışı zamanı son illərdə Azərbaycanın iqtisadi inkişafı və ilə Şərqi Zəngəzurun bərpası ilə bağlı məlumat verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manatdan artıq vəsait ayrılıb və həmin ərazilərdə artıq 65 min vətəndaş məskunlaşıb, işləyir və yaşayır.

Vüqar Bayramov həmçinin qeyd edib ki, son 22 il ərzində iqtisadiyyatı dörd dəfə böyüyüb.

"Qlobal iqtisadi artımla müqayisədə isə Azərbaycanın ÜDM-i həmin dövrdə daha sürətlə artıb. Qlobal ÜDM 39,3 dollardan 113,8 trilyon dollara yüksələrək 2,9 dəfə artmışdır. Bu isə göstərir ki, Azərbaycanın iqtisadiyyatı qlobal iqtisadi artımla müqayisədə 100 faizdən çox sürətlə böyüyüb".

Deputat əlavə edib ki, eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi 9,4 trilyon dollardan 33 trilyon dollara qədər yüksəlsə də, Azərbaycan ticarət dövriyyəsindəki artım qlobal göstəricidən təxminən dörd dəfə yüksək olub.

Vüqar Bayramov vurğulayıb ki, büdcə gəlirlərimizdə 30 dəfədən çox artım qeydə alınıb və dövlət rezervləri 2 milyard dollardan 80 milyard dollara qədər yüksəlib. Bu isə Azərbaycanın iqtisadi qüdrətinin və maliyyə dayanıqlığının bariz göstəricisidir.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax