Operativ Məlumat Mərkəzi

SOCAR-ın rəhbərlik etdiyi konsorsium Aralıq dənizində kəşfiyyat işi görəcək

2 dəq
Paylaş:
SOCAR-ın rəhbərlik etdiyi konsorsium Aralıq dənizində kəşfiyyat işi görəcək

Bu gün və İsrail arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında (EEZ) qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir.

SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP şirkətlərinin daxil olduğu 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin "Leviafan" qaz yatağının yaxınlığında “I-6” Zonasında işləri aparmaq üçün lisenziya tenderini qazanıb. Eyni zamanda SOCAR layihənin operatoru seçilib.

Məlumata görə, layihənin daha əvvəl həyata keçirilməsi planlaşdırılırdı, lakin İsrail ilə HƏMAS arasında münaqişənin gərginləşməsi səbəbindən təxirə salınıb.

Konsorsium 2026-cı ilin oktyabrına qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini, həmçinin neft məsələləri üzrə komissar tərəfindən təsdiqlənməli olan əlavə iş proqramını əhatə edən plan təqdim etməlidir.

Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üç illik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış sahədə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün məcburi iş proqramını yerinə yetirməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax