Operativ Məlumat Mərkəzi

Snayperlər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

1 dəq
Paylaş:
Snayperlər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

Quru Qoşunlarının 2024-cü il üzrə hazırlıq planına uyğun olaraq, komando hissələrinin bölükləri və snayper ixtisaslı hərbi qulluqçuları ilə ixtisas toplanışı keçirilib.

Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, toplanış çərçivəsində praktiki vərdişlərin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçular snayper tüfənglərindən müxtəlif epizodlar üzrə praktiki atış çalışmaları yerinə yetiriblər.

Atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi, hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə yüksək peşəkarlıqla icra edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax