Əsas məzmuna keç

"Smerç" raketlərindən döyüş atışları icra edilib - VİDEO

"Smerç" raketlərindən döyüş atışları icra edilib - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə "Operativ...

Cari ilin hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr "Smerç" reaktiv yaylım atəşi sistemi və "DANA" haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.

düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…