Operativ Məlumat Mərkəzi

Siyəzəndə yol qəzası olub, ata və oğlu ölüb, 7 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Siyəzəndə yol qəzası olub, ata və oğlu ölüb, 7 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB-2
Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 5 nəfər...

Sentyabrın 1-də saatlarında Siyəzəndə baş verən yol qəzasında yaralananların kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, onlar Əmirova Mələkzadə, Elvin, Əmirova Siyafət, Əmirli Günel, Abbasov İslam, Əmirli Emil (azyaşlı) və Nəzərov Əlövsətdir.

Qəza nəticəsində Əmirov və onun oğlu Əmirov Elnur hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

10:40***

Bu gün səhər saatlarında rayonunda baş verən yol qəzasında yaralananların sayı 7-yə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilib.

İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər.

09:58***

Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə ölümlə nəticələnən ağır yol- hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 1986-cı il təvəllüdlü Samit Əmirov Bədəl oğlu və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax