Operativ Məlumat Mərkəzi

Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

1 dəq
Paylaş:
Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Misir Respublikasının Prezidenti əs-Sisi İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm.

Hörmətli cənab Prezident, bu bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram.

Bayramınız mübarək!"

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax