Operativ Məlumat Mərkəzi

Şirvanda sənədsiz silah-sursatlar polis əməkdaşlarına təhvil verilib - 07.12.2023

1 dəq
Paylaş:
Şirvanda sənədsiz silah-sursatlar polis əməkdaşlarına təhvil verilib - 07.12.2023

Şəhər Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silahların könüllü olaraq verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən bir ədəd avtomat, bir ədəd daraq və 21 ədəd patron, eləcə də 6 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax