Operativ Məlumat Mərkəzi

Şeyxülislam: Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlər yalandır

3 dəq
Paylaş:
Şeyxülislam: Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlər yalandır

Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlər yalandır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının İnsan Qardaşlığı günü ilə bağlı təşkil etdiyi virtual tədbirdə deyib.

Şeyxülislam son zamanlar erməni təbliğatının ruporuna çevrilmiş bəzi dairələrin, beynəlxalq təşkilatların ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasına toxunaraq Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlərin yalan, iftira olduğunu, heç bir fakta söykənmədiyini diqqətə çatdırıb. Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan böyük quruculuq işləri barədə danışıb, erməni vandalizminə məruz qalmış məscidlərlə yanaşı, kilsə və digər məbədlərin təmir-bərpa olunduğunu bildirib.

Fevralın 7-də Azərbaycanda keçiriləcək seçkilərinə toxunan Şeyxülislam həzrətləri bu tədbiri ölkəmizin tarixində mühüm hadisə kimi xarakterizə edərək vurğulayıb ki, seçkilər öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquqa, BMT Şurasının qətnamələrinə uyğun dünya birliyi tərəfindən tanınan bütün ərazilərində keçiriləcək.

Tədbirdə müxtəlif dövlətlərin BMT yanında daimi nümayəndələri, o cümlədən, Krallığının təmsilçisi Əbdüləziz əl-Vasil, Mərakeş Krallığının daimi nümayəndəsi Ömər Qadiri, Ərəb Dövlətləri Liqasının nümayəndəsi Əbdülməcid Əbdülfəttah, Misir Ərəb Respublikasının nümayəndəsi Osama Əbdülxaliq, Pakistan İslam Respublikasının təmsilçisi Osman Jadun, Vatikan Dövlətinin nunsisi arxiyepiskop Qabriel Cordano, İspaniyanın daimi nümayəndəsi Hektor Hernandes, Kabo-Verdi Respublikasının təmsilçisi Tanya Romialdo və başqaları çıxış edərək fikirlərini bildiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax