Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanının yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

2 dəq
Paylaş:
Səudiyyə Ərəbistanının yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Azərbaycanın naziri Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax