Əsas məzmuna keç

Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri görüşəcəklər

Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri görüşəcəklər

bu barədə “Saudi Gazette” nəşri məlumat yayıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla İranın XİN rəhbəri...

və İranın nazirləri yaxın zamanda görüş keçirmək barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Saudi ” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahian arasında baş tutub və iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə edilib, ikitərəfli görüşün keçirilməsi barədə razılığa gəlinib.

“Xarici işlər nazirləri hər iki ölkənin səfirlik və konsulluqlarının açılmasına hazırlıq prosesini müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər” – deyə nəşr əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl səudiyyəli həmkarı ilə neytral ərazidə görüşməyi planlaşdırdığını bildirmişdi və onun sözlərinə görə, Tehran Ər-Riyada bu görüşün təşkili üçün biləcək üç ölkə təklif edib.

Xatırladaq ki, 10 martda Səudiyyə Ərəbistanı və İran iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. Hər iki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat hazırlanıb.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…