Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanı BƏƏ-nin Yəməndəki fəaliyyətini özünün milli təhlükəsizliyinə təhdid adlandırıb

2 dəq
Paylaş:
Səudiyyə Ərəbistanı BƏƏ-nin Yəməndəki fəaliyyətini özünün milli təhlükəsizliyinə təhdid adlandırıb

BƏƏ tərəfindən Yəməndə addımları özünün milli təhlükəsizliyinə kimi qiymətləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə Səudiyyə ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Səudiyyə Ərəbistanı Krallığı BƏƏ tərəfindən atılan addımlardan- Keçid Şurasına təzyiq göstərərək ölkəmizin cənub sərhədlərində hərbi keçirməyə məcbur etməsindən məyusluq hissi duyur. Sözügedən bölgələrdə hərbi əməliyyatlar keçirilməsi Səudiyyə Ərəbistanı Krallığının milli təhlükəsizliyinə, Yəmən Respublikasına və regiona təhdiddir. BƏƏ-nin bu hərəkəti çox təhlükəlidir və Yəməndə Legitimliyin Qorunması Koalisiyası qurulan zaman qəbul edilmiş prinsiplərə ziddir”, - bəyanatda bildirilir.

Qeyd edək ki, BƏƏ özünün dəstəklədiyi Cənubi Keçid Şurasına silah-sursat göndərməyə cəhd edib və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya bu cəhdin qarşısını alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax