Operativ Məlumat Mərkəzi

Sertifikatlaşdırma komissiyasına müraciət edən 90 nəfər şəhid ailəsi üzvü işlə təmin olunub

2 dəq
Paylaş:
Sertifikatlaşdırma komissiyasına müraciət edən 90 nəfər şəhid ailəsi üzvü işlə təmin olunub

Elm və nazirinin əmri ilə yaradılan sertifikatlaşdırma prosesi ilə bağlı komissiyalara bu günə qədər ümumilikdə 3700-dən çox vətəndaş müraciət edib.

Məktəbəqədər və Ümumi Təhsil Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, vətəndaşların statusları ilə bağlı sənədlər toplanıb və müraciətlər araşdırılıb.

Bildirilib ki, ümumilikdə 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib.

İlkin mərhələdə 90 nəfər ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb.

Bununla yanaşı 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb edilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.

Qeyd edilib ki, təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə araşdırılması və alternativ iş imkanlarının dəyərləndirilməsi məqsədi ilə yaradılan komissiyalara daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax