Operativ Məlumat Mərkəzi

Sərhədi pozmağa cəhd edən 5 nəfər saxlanıldı

2 dəq
Paylaş:
Sərhədi pozmağa cəhd edən 5 nəfər saxlanıldı

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd beş nəfər Əlcəzair vətəndaşı saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətinin xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 9-da saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin ərazisində Əlcəzair vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb:

"Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində -istintaq tədbirləri davam etdirilir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax