Operativ Məlumat Mərkəzi

Seneqallı nümayəndə: "Qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq"

2 dəq
Paylaş:
Seneqallı nümayəndə: "Qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq"

"Biz tariximizi və olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Seneqalın "YDNA VITA LTD" təşkilatının rəhbəri İbrahim Diagne Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, dominantlığa son qoyulmalı və irqi ayrı-seçkilik başa çatmalıdır: "Biz müstəqilliyimizi bərqərar etmək üçün fəal şəkildə . Çünki insanlar əzab çəkir, dünya xalqları şiddətdən çəkir, onların mənsubiyyəti, mədəniyyəti gözardı edilir. Onlar həvəsdən salınır, inkişaflarının qarşısı alınır. Bu gün belə işğalın mövcud olduğunu görürük. Görün, Afrikada müstəmləkəçiliyin nəticəsi nədən ibarətdir? Quldarlıq sənaye halına gətirilib, insanlarla insan kimi rəftar edilmir, biri digərindən üstün hesab edilir. Ona görə də əsas vəzifəmiz tariximizi və qurban olduğumuzu bilmək, dekolonizasiyaya qarşı birgə mübarizə aparmaqdır. Müstəmləkəçi sistemin əsas resurslara mənfi təsiri olub. Demək olar, kolonizasiya insanları tam təcrid etməklə məşğuldur. tabeçilik şəraitində sahib olduqları hər şeyi itiriblər. Biz hazırda bunlara qarşı birgə mübarizə aparmalıyıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax