Əsas məzmuna keç

Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb

Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb

bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib. “Yenə də deyirəm, neft, qaz, təbii...

Təbii resurslarla zəngin olan ölkələr kimi , ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.

“Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik”, - vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…