Operativ Məlumat Mərkəzi

Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

Şəmkir rayonunda narkotik vasitənin təsiri altında idarə edən şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, yol hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Belə ki, qayda pozanlar arasında 3 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair olduğundan onlar, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən K.Məmmədov, H.İsmayılov və V.Hümbətovun narkotik vasitədən istifadə etmələri məlum olub.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax