Operativ Məlumat Mərkəzi

Şəmkirdə 37 yaşlı kişi qonşusunu öldürüb

2 dəq
Paylaş:
Şəmkirdə 37 yaşlı kişi qonşusunu öldürüb

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində edilən üzrə təqsirləndirilən şəxs ifşa edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq- qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində 1986-cı il təvəllüdlü Cəlilovun cari il fevralın 19-da qonşusu Əntiqə Məmmədovanın yaşadığı evə gələrək ona olan borcu tələb etməsi, ona olan borcunu ödədikdən sonra aralarında yaranmış mübahisənin gedişində evin mətbəxindən götürdüyü bıçaqla Əntiqə Məmmədovaya çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsədn adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax