Operativ Məlumat Mərkəzi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

2 dəq
Paylaş:
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

Azərbaycanın bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir sükutla yad olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, insanlar şəhid və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Günü elan edilib.

Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz dərin ehtiramla yad olunurlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax