Əsas məzmuna keç

Səhər yeməyində uşağı qovduğu iddia edilən bağça müdiri işdən çıxarılıb

Səhər yeməyində uşağı qovduğu iddia edilən bağça müdiri işdən çıxarılıb

Daxil olan vətəndaş müraciəti əsasında rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

Qeyd edək ki, bir müddət əvvəl övladı 21 saylı uşaq bağçasına gedən valideyn şikayətində bildirib ki, onun 5 qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…