Operativ Məlumat Mərkəzi

Səfir: “Səudiyyə Ərəbistanı və Azərbaycan əlaqələri daha da genişləndirməyə çalışır”

2 dəq
Paylaş:
Səfir: “Səudiyyə Ərəbistanı və Azərbaycan əlaqələri daha da genişləndirməyə çalışır”

Səudiyyə Ərəbistanının Azərbaycanın işğaldan azad ərazilərində apardığı mina təmizləmə işlərinə iki ölkə arasında güclü münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə olmasının daha bir göstəricisidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh Əl-Cuteyli deyib.

“Biz Azərbaycanla bir çox sahələrdə - səhiyyə, elm, mədəniyyət və s. sahələrdə əməkdaşlığı genişləndirməyə . Uca Yaradandan xalqının mina təhlükəsindən tamamilə qurtulmasını, ərazilərin mina və partlamamış sursatlardan tamamilə təmizlənməsini diləyirəm”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, hazırda iki ölkə arasında bir çox sahələr üzrə layihələrin həyata keçirilməsi gözlənilir və bu layihələr yaxın vaxtlarda icra ediləcək:

“Ümid edirəm ki, 2024-cü il iki ölkə üçün uğurlu il olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax