Operativ Məlumat Mərkəzi

Səfir: “Rusiya bazasının Ermənistandan çıxarılması gündəmdə deyil”

1 dəq
Paylaş:
Səfir: “Rusiya bazasının Ermənistandan çıxarılması gündəmdə deyil”

Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmdə deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı Sergey Kopırkin deyib.

“Belə siqnallardan yoxdur. Mən tərəfinin rəsmi bəyanatları rəhbər tuturam. Xüsusən də bazanın çıxarılması gündəmdə deyil. Yəni Rusiya tərəfindən də belə siqnallar olmayıb”, - o qeyd edib.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası sazişə əsasən Ermənistanda yerləşir. 2010-cu il avqustun 20-də isə Rusiya və Ermənistan hərbi bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti isə İrəvanda “Erebuni” aviabazasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax