Operativ Məlumat Mərkəzi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradılıb

2 dəq
Paylaş:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradılıb

və Hərbi Xidmətə üzrə Dövlət Xidmətinin Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “ Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

2.1. 5.1-ci bəndin birinci cümləsindən “(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)” və “, habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri çıxarılsın;

2.2. 5.5-ci bəndin birinci cümləsində “bir birinci müavini və üç müavini” sözləri “müavinləri” sözü ilə əvəz edilsin;

2.3. 5.6.9-cu yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

2.4. 5.6.11-ci yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;

2.5. 5.7-ci bəndin birinci cümləsindən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən” sözləri çıxarılsın.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax