Operativ Məlumat Mərkəzi

Seçki gününündə hava necə olacaq?

2 dəq
Paylaş:
Seçki gününündə hava necə olacaq?

Fevralın 7-də hava əsasən yağmursuz keçəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Sabah Azərbaycanın əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax