Əsas məzmuna keç

Yaponiya və Havayın sahilyanı bölgələrindən insanların təxliyəsi elan edilib

Yaponiya və Havayın sahilyanı bölgələrindən insanların təxliyəsi elan edilib

bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün də sunami xəbərdarlığının qüvvədə olduğunu qeyd edib,...

Sakit Okeanda baş verən səbəbindən Havay adalarının sakinləri üçün xəbərdarlığı qüvvədədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Tramp bildirib.

Tramp Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün də sunami xəbərdarlığının qüvvədə olduğunu qeyd edib, bununla yanaşı, Yaponiyanın da təhlükə altında olduğunu vurğulayıb.

ABŞ Sunami Mərkəzi isə xəbərdarlıq edib ki, Sakit Okeanda baş verən güclü zəlzələ səbəbindən hündürlüyü 3 metrdən yuxarı olan sunami dalğaları hətta Cənubi Amerikaya, Ekvador və Çili sahillərinə çata bilər.

Qeyd olunur ki, və Havayda səlahiyyətli qurumlar insanların sahilyanı bölgələrdən yüksəklikdə yerləşən ərazilərə təcili təxliyə edilməsinin vacibliyini elan edib.

Xüsusilə, 2011-ci ilin martında baş vermiş dağıdıcı sunami zamanı ciddi zədələnmiş Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasının şəxsi heyəti təxliyə edilib.

Qeyd edək ki, Rusiyanın Kamçatka sahillərində güclü 8,7 maqnitudalı zəlzələ baş verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…