Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşüb

2 dəq
Paylaş:
Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Respublikasına səfəri çərçivəsində ölkə Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüşdə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Əlaqələrimizin yüksək səviyyəyə çatmasında ölkə liderlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu münasibətlərin inkişafında parlamentlərin xüsusi roluna diqqət çəkən spikerlər, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığını yüksək qiymətləndiriblər.

Söhbət zamanı -Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşünün keçirilməsi münasibətlərimizin daha da genişləndirilməsinə töhfə kimi dəyərləndirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax