Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Özbəkistana səfər edib

1 dəq
Paylaş:
Sahibə Qafarova Özbəkistana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament Birinci - Parlamentlərarası Forumda iştirak etmək üçün iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Ürgənc şəhərinin hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax