Əsas məzmuna keç

Şahdağa qar yağıb, bəzi rayonlarda duman müşahidə olunub - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, bəzi rayonlarda duman müşahidə olunub - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti...

Oktyabrın 26-sı saat 10:00-a olan açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir.

Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, , Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.

Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…