Operativ Məlumat Mərkəzi

Şahdağa 16 sm qar yağıb

2 dəq
Paylaş:
Şahdağa 16 sm qar yağıb

Azərbaycanda müşahidə edilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Qobustanda 6 mm, Lənkəranda 3 mm, Qəbələ, Qubada 2 mm, , Zaqatala, Sarıbaş (Qax), Şəki, Oğuz, , Xaçmaz, Qusar, Qırız, Xaltan, Şabran, Cəfərxanda 1 mm-dək, Bakıda və yarımadasında 2 mm-dir.

Qarın hündürlüyü Şahdağda 16, Şahbuz, Qrızda 7, Sarıbaş (Qax) 5, Xınalıq, Altıağacda 1 sm-dir.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Sumqayıt, Şərur, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qırız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 5-8 dərəcə isti, Naxçıvan MR-da 2-7 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax