Operativ Məlumat Mərkəzi

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng vurub, Pakistanla həmrəyliyə görə təşəkkür edib

2 dəq
Paylaş:
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng vurub, Pakistanla həmrəyliyə görə təşəkkür edib

Pakistan İslam Respublikasının Məhəmməd Şahbaz Şərif mayın 15-də Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Pakistanın Baş naziri Azərbaycan dövlət başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.

Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.

Azərbaycan regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.

zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax