Operativ Məlumat Mərkəzi

Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək

2 dəq
Paylaş:
Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək

Prezidenti Sadır Japarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransında (COP29) iştirak etmək üçün noyabrın 11-13-də Azərbaycanda işgüzar səfərdə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Qırğızıstan rəhbəri noyabrın 12-də Bakıda iqlim sammitinin açılış mərasimində iştirak edəcək və konfransın plenar iclasında çıxış edəcək.

Qırğızıstanın və Monqolustanla birgə noyabrın 13-də COP29 çərçivəsində təşkil edəcəyi “Yüksək səviyyəli dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişiklikləri mövzusunun aktuallaşdırılması” mövzusundakı tədbirdə isə Sadır Japarov, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ram Çandra Poudela, eləcə də digər nümayəndə heyətlərinin və təşkilatların rəhbərləri çıxış edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax