Operativ Məlumat Mərkəzi

Sadır Japarov Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verib

2 dəq
Paylaş:
Sadır Japarov Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verib

Prezidenti Sadır AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar İlham Əliyevə başsağlığı teleqramı göndərib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Qırğızıstan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

"Bu gün çoxsaylı insan tələfatı ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini ürək ağrısı ilə qarşıladım. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Bu əvəz edilməz itkiyə görə dərd və kədərinizi bölüşürəm", - teleqramda deyilir.

Daha əvvəl Qazaxıstanın Nazirliyinə istinadən bildirilib ki, ilkin məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 3 Qırğızıstan, 37 , 6 Qazaxıstan və 16 Rusiya vətəndaşı olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax