Operativ Məlumat Mərkəzi

Şabranda əkin sahələrinin yandırılmasına görə 2 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Şabranda əkin sahələrinin yandırılmasına görə 2 nəfər saxlanılıb

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər saxlanılıb.

DİN-in xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax