Operativ Məlumat Mərkəzi

Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb

2 dəq
Paylaş:
Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən -axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndində fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırmalarla onlardan birinin həmin kəndin sakini Şəfahət Əliyev, İmişli rayon sakinləri - Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan zamanı onların digər əməllərinin üstü də açılıb. Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.

Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax