Operativ Məlumat Mərkəzi

Sabirabadda məktəbdə qidadan kütləvi zəhərlənmə olub

1 dəq
Paylaş:
Sabirabadda məktəbdə qidadan kütləvi zəhərlənmə olub

Sentyabrın 25-də rayonu Axtaçı Muğan orta məktəbində 11 nəfər və 1 nəfər olmaqla, cəmi 12 nəfər şəxsin zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr