Operativ Məlumat Mərkəzi

Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib - 30.06.2023 18:07

2 dəq
Paylaş:
Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib - 30.06.2023 18:07
Sabirabad rayonu ərazisində ətraf mühiti çirkləndirənlər cərimələnib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin Şirvan...

Sabirabad rayonu ərazisində ətraf mühiti cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin Şirvan qrupundan məlumat verilib.

Belə ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində müxtəlif küçə və prospektlərdə, eləcə də yaşayış binalarının ətraflarında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə rayon bələdiyyəsinin sədri, mənzil istismar idarəsinin və sanitar təmizlik idarəsinin rəhbərlikləri barəsində RPŞ-nin İctimai Bölməsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax