Əsas məzmuna keç

Sabiq daxili işlər naziri cəzaçəkmə müəssisəsinə qaytarılıb

Sabiq daxili işlər naziri cəzaçəkmə müəssisəsinə qaytarılıb

sabiq nazir Naxçıvan Diaqnostika Müalicə Mərkəzində 3 aylıq müalicədən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb. Onun vəziyyətinin yaxşı olduğu...

Naxçıvanın daxili işlər naziri, general-leytenant Əhmədovun müalicəsi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-a istinadən xəbər verir ki, sabiq nazir Diaqnostika Müalicə Mərkəzində 3 aylıq müalicədən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib.

Naxçıvan Muxtar Respublika Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmə ötən ay Əhməd Əhmədovun kassasiya şikayəti müddətinin uzadılması ilə bağlı müraciətini təmin etməyib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…