Əsas məzmuna keç

Sabahdan Novruz və Ramazan bayramları ilə əlaqədar tətil başlayır

Sabahdan Novruz və Ramazan bayramları ilə əlaqədar tətil başlayır

Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq...

Sabahdan Azərbaycanda bayramları ilə əlaqədar 12 günlük tətil başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

8 Mart - Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…