Əsas məzmuna keç

Sabah güclü külək əsəcək, qar, sulu qar yağacaq

Sabah güclü külək əsəcək, qar, sulu qar yağacaq

Bakıda və yarımadasında yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, gün ərzində arabir yağıntılı olacağı, gündüz bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb gündüz zəifləyəcək. Havanın temperaturu gecə və gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim küləyi gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…