Operativ Məlumat Mərkəzi

Sabah Bakıda 17 dərəcə isti olacaq

1 dəq
Paylaş:
Sabah Bakıda 17 dərəcə isti olacaq

Bakıda və yarımadasında martın 7-də hava şəraitinin buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata əsasən, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax