Operativ Məlumat Mərkəzi

Sabah 38 dərəcə isti olacaq - 06.08.2023

1 dəq
Paylaş:
Sabah 38 dərəcə isti olacaq - 06.08.2023

Avqustun 7-də Bakıda və yarımadasında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq əsəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi ərazilərdə qısamüddətli yağış yağacağı, çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax